Krıma PUA hücumu: Üç nəfər həlak olub

Krım rəhbərliyi avqustun 3-nə keçən gecə yarımadaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum nəticəsində üç nəfərin həlak olduğunu, daha iki nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlayıb.

Sherg.az xəbər verir ki, Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, həlak olanların mülki şəxslər olduğu qeyd edilir. Yaralananlara və həlak olanların ailələrinə lazımi dəstəyin göstəriləcəyi vurğulanıb.

Rəsmilər ölən və yaralanan şəxslərin hansı yaşayış məntəqələrindən olduqlarını açıqlamayıblar.

Krım rəhbərinin müşaviri Oleq Kryuçkovun sözlərinə görə, gecə saatlarında yarımadanın müxtəlif şəhərlərində hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərib.

Qeyd edək ki, məlumat Rusiya tərəfindən təyin olunmuş Krım rəhbərliyinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.