Lalə Şövkət: İnfarkt keçirmişəm, səhhətim Qarabağa getməyə imkan vermir - MÜSAHİBƏ
12:24 08.09.2025
Gündəm
319
"Torpaqlarımızı geri qaytardıq, bu, çox böyük uğurdur. Bunu başa düşmək lazımdır. Daxildəki məsələlər də yavaş-yavaş həllini tapacaq"
Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkət səhhəti və siyasi proseslərlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Lalə xanım, səhhətiniz necədir? Müalicələriniz necə gedir?
- Çox sağ olun ki, məndən nigaran qalmısınız. Deyirlər guya ölürəm, yıxılmışam, danışa bilmirəm və s. Narahat olanlar arxayın olsunlar ki, indi yaxşıyam. Sadəcə olaraq ürəyim xəstədir və narahatlığım bununla bağlıdır. Mənim yaşımda bu narahatlıqlar normaldır. Bu da olmasa nə olar ki?! Allaha da bir bəhanə lazımdır. Biz də ona bir bahanə verməliyik. Belə də qala bilməz, axı (gülür).
- Səhhətiniz imkan versə, Qarabağa gedəcəyinizi demişdiniz, bu arzunuzu reallaşdıra bildinizmi?
- Səhhətim bu uzun yolu getməyə imkan vermir. İnfarkt keçirmişəm, o yolu getmək mənə çətin olar. Heç həkimlər də buna razı deyil.
- Siyasi prosesləri izləyə bilirsinizmi?
- Bəli, izləyirəm. Hazırda dünyada o qədər qaranlıq, bulaşıq siyasət aparılır ki, belə siyasətdən danışmağı heç özümə rəva bilmirəm. Demək olar ki, bu gün siyasət yoxdur. İndi ancaq kim-kimə üstün oldu amili var. Yalnız güclünün rolu var və ayrı bir şey görmürəm. Dünya qarışıb. Kim-kimi istəyir vurur, haranı istəyir dağıdır. Yəni, xoşagəlməz bir mənzərə yaranıb. Düşünmürdüm ki, siyasət bu günə düşə bilər.
- Azərbaycanla bağlı siyasətə münasibətiniz necədir?
- Şükür, bizdə sakitlikdir. Torpaqlarımızı geri qaytardıq. Bu, çox böyük uğurdur. Bunu başa düşmək lazımdır. Daxildəki məsələlər də yavaş-yavaş həllini tapacaq. Bundan sonra hər şey yaxşı olacaq. Artıq bunun da vaxtı çatıb. İnanıram ki, bunu da mütləq edəcəklər.
- Ermənistanla ilkin sülh mətni paraflanıb. Sülhün gələcəyinə dair fikirləriniz varmı?
- Bəli, inanıram. Düzdür, sülhə dair müəyyən fikirlər səslənir, kənar təhdidlərin olduğu deyilir. Amma bu gün Ermənistanın heç bir gücü yoxdur ki, Azərbaycanla baş-başa gəlsin. Ermənilər gecə yatıb yuxuda görürlər ki, bizimlə dostluq eləyirlər. Bu barədə çox rahatam. Çünki Ermənistanın bu günləri, həyatı, nəfəsi Azərbaycandan asılıdır. Azərbaycan istəsə ona nəfəs verər, istəməsə verməz. Daha ayrı söhbət ola bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region