“Lotu Quli” ilə bağlı cinayət işində yeni detallar üzə çıxıb
09:02 07.04.2024
Gündəm
723
Ölümünü qardaşı sifariş edib
Antalyada 2020-ci ilin 20 avqustunda öldürülən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovla bağlı cinayət işində yeni detallar üzə çıxıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 8 şübhəlinin məhkəməsində Xaqan Zeynalov və Əmir Həmidliyə ağırlaşdırılmış ömürlük həbs, Əli Mövlamlı və Rəsul Həsənova isə 12 il azadlıqdan məhrumetmə cəzası verilib. 4 nəfərsə sərbəst buraxılıb. İstintaq materiallarına görə, N.Səlifov X.Zeynalov tərəfindən tapança ilə başına 2 dəfə atəş açılmaqla öldürülüb. Qarşı tərəfdəki şəxslərin atəş açmasıyla X.Zeynalov özü də yaralanıb. O, Ə.Həmidlinin avtomobilinə minərək oradan uzaqlaşıb. Antalya Əmniyyət Müdirliyi şübhəliləri Dənizlidə yaxalayıb. Məhkəmə istintaqı zamanı X.Zeynalov Nadir Səlifovu öldürmədiyini, onunla dostluq etdiyini, lakin cinayət əməllərinə qatılmadığını, N.Səlifovun 2018-ci ildə ondan Moskvadakı bir iş adamını qaçırmasını istədiyini, ancaq bu təklifi də qəbul etmədiyini söyləyib. 2020-ci ilin iyul ayında N.Səlifovun onu Antalyaya çağırıb və yenə də ona iş adamının qaçırmasını istədiyini deyib. X.Zeynalov imtina etdikdə onu təhqir edib, X.Zeynalov qarşılıq verincə, yanındakı şəxslər atış açıblar. X.Zeynalov da silahını çıxarıb atəş edib. Amma atəş edərkən N.Səlifov orada olmayıb. N.Səlifovun öldüyünü isə polis idarəsində eşidib. X.Zeynalov “məndə olan məlumata görə, N.Səlifovu öz qardaşı Müşviq Səlifov öldürtdürüb. “Quli”nin düşmənləri ilə 10 milyon dollar müqabilində razılaşıb. Bizə isə tələ qurub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə