“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək

İsraildə ABŞ Prezidenti Donald Trampın sonda İrana hücum qərarı verəcəyi ehtimal olunur.

Teleqraf xəbər verir ki, bu barədə “Maariv” ABŞ-nin İranla gərginlik fonunda Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artırması ilə bağlı bildirib.

Nəşrin məlumatına görə, ABŞ-dən istənilən hərbi addımın arzuolunan nəticəyə - İranın nüvə və ballistik raket proqramlarının aradan qaldırılmasına gətirib çıxaracağına dair əminlik tələb olunur. İranın mövcud rejiminin zəiflədilməsi isə əlavə nəticə kimi gündəmə gətirilir.

“Maariv” əlavə edir ki, məhz buna görə ABŞ hazırda Yaxın Şərqdə böyük həcmdə hərbi qüvvə yerləşdirir.