Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts G7 sammitindən əvvəl keçirilən fotosessiyada xanımlarını səhv salıblar.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Evian şəhərində keçirilən G7 sammiti öncəsi baş verən bu hadisə kiçik bir qalmaqal və gülüş doğurub.
Məlumata görə, “Stern” jurnalının yazdığına əsasən, hadisənin səbəbi liderlərin həyat yoldaşlarının oxşar geyimlər seçməsi olub. Fransanın birinci xanımı Brigitte Makron və Almaniya kanslerinin həyat yoldaşı Charlotte Merts fotosessiya zamanı qarışdırılıb.
Yayılan videoda Emmanuel Makronun əvvəlcə yanında dayanmış, lakin Mertzin yanında olan Brijit Makronun əlindən tutaraq onu öz yanına apardığı görünür. Bu zaman onun yerinə Şarlotta Merts keçir. Daha sonra liderlər və həyat yoldaşları gülümsəyərək fotosessiyaya davam edirlər.
Hadisə sosial mediada və beynəlxalq mətbuatda maraqlı “protokol səhvi” kimi geniş müzakirə olunub.