“Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında strateji seçimlə bağlı suala ən qısa zamanda cavab verməlidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat xatırladıb ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderlərinin mayın 29-da Astanada qəbul etdikləri bəyanatda İrəvanın Aİ ilə yaxınlaşma kursunun AİB-ə üzv dövlətlərin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaratdığı açıq şəkildə bildirilib. Sənəddə AİB üzv dövlətlərinə dəyən zərərin qarşısının alınmasının vacibliyi vurğulanıb.
“Buna görə də, Ermənistan Baş naziri Nikol Paşinyanın özünün də tələb etdiyi kimi, İrəvan strateji seçimi sualına cavab verməlidir. Həm də mümkün qədər tez”, - Zaxarova əlavə edib.