ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Prezident Donald Tramp administrasiyasının Avropa üçün “qırmızı xətt”ini açıqlayıb.
Sherg.az xəbər verir ki, o bildirib ki, Vaşinqton Avropada söz azadlığının və demokratik dəyərlərin tədricən məhdudlaşdırılması ilə barışmaq niyyətində deyil. Rubionun sözlərinə görə, ABŞ müttəfiqlərindən ortaq prinsiplərə və fundamental azadlıqlara hörmət gözləyir.