Markov: Azərbaycan Ermənistan üzərində nokautla təmiz qələbə qazanıb
07:57 08.11.2023
Gündəm
321
“Azərbaycan Ermənistan üzərində nokautla təmiz qələbə qazanıb. Bu dünya tarixində nadir bir hadisədir”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr-Zəfər Gününə həsr olunan tədbirdə iştirak edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov bildirib.
Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə münasibəti ilə təbrik edən ekspert bunun dünya tarixində nadir hallarda baş verən bir hadisə olduğunu söyləyib.
“Ölkələrin qələbəsi adətən xala görə olur. Lakin bu müharibədə Azərbaycan elə möhtəşəm, təmiz qələbə qazanıb ki, təkcə Azərbaycanın dostları deyil, bütün dünya heyranlıq içindədir. Hamı heyranlıq içində Azərbaycanın bu problemin öhdəsindən 30 il sonra necə gəldiyini düşünür. Azərbaycan bu müddətdə təkcə Qarabağı geri qaytarmadı, həm də ölkəni regionun lider ölkəsinə çevirdi. Bütün bunlar Azərbaycan xalqının əməyi və Azərbaycan əsgərinin şücaəti sayəsində mümkün oldu”, - Markov vurğulayıb.
Rusiyalı ekspert Xankəndidəki hərbi paradın Azərbaycan üçün müzəffərlərin paradı olduğunu qeyd edib: “Məncə, bu, hətta vaxtı ilə sovet qoşunlarının Berlində keçirdiyi paraddan da daha önəmlidir. Bu, onu göstərir ki, Qarabağ tam Azərbaycanındır. Azərbaycan Ordusu müzəffər ordudur. Azərbaycanlılar qalib xalqdır. Düşünürəm ki, bu qalibiyyət hissi bundan sonra ölkənin iqtisadi, mədəni inkişafına çox müsbət təsir edəcək. Siz, biz hamımız bunun şahidi olacağıq”.
Rusiyalı politoloq Darya Qrevstova da Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində tam qələbə münasibəti ilə təbrik edib. O bildirib ki, bu qələbənin nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb: “İndi Azərbaycan xalqı öz rəhbərliyi, ordusunun gücü ilə fəxr edir. Xalq və ordu sözdə deyil, əməldə sübut etdi ki, güc yolu ilə torpaqlarını işğaldan azad etməyə qadirdir. Ermənistan Azərbaycanın iradəsi, ərazilərini geri qaytarmaq əzmi qarşısında tab gətirə bilmədi. Biz indi həmin ərazilərin necə inkişaf etdiyini görürük. Görürük ki, həmin torpaqların, Qarabağın əsl sahibləri geri qayıdıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm