MDB Hökumət Başçıları Şurasının növbəti iclası Aşqabadda keçiriləcək

MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2024-cü ilin mayında Aşqabadda (Türkmənistan) keçiriləcək.

"Report"un Qırğızıstan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Bişkekdə Birlik Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəlcə mayın 24-də görüş təklifi olub, lakin Rusiyanın Baş naziri Mixail Mişustin görüşün mayın 23-nə təyin edilməsini istəyib.

A.Japarov qeyd edib ki, Qırğızıstanın dövlət iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri “yaşıl” iqtisadiyyatın inkişafıdır: “Yaşıl” iqtisadiyyat planları qarşılıqlı əməkdaşlıq yolu ilə həyata keçirilə bilər”.