MEDİA bəyanat yaydı
Yusif Nəzərli
08:14 03.08.2023
Gündəm
417
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Şuşada keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.
“Sherg.az” xəbər verir ki, bəyanatda deyilir:
“İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın 49 ölkəsindən 150 xarici qonağın, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat, media qurumu rəhbərlərinin, yüksək səviyyəli media ekspertlərinin və jurnalistlərin iştirak etdikləri “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu gələcəyə yönəlik ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəydə mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi xarakterizə olunmaqdadır”.
Həmçinin bildirilir ki, Forumun keçirilməsində məqsəd az qala işıq sürəti ilə yeniləşən, texnoloji innovasiyalara şahidlik edən dünyamızda insanlara ictimai əhəmiyyətli xəbərlər verən jurnalistikanın gələcək inkişaf istiqamətlərini müzakirə etmək olub. Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və bu kontekstdə medianın rolu barədə ətraflı müzakirələr aparılıb, ənənəvi medianın bugünkü rolu, gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələr diqqət mərkəzində olub.
“Lakin təəssüflər olsun ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik”, - deyə bəyanatda qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial