
"Məhbus Ramin Hacılı Ombudsmana müraciət etməlidir" - Hüquq müdafiəçisi
13:57 27.07.2023
Gündəm
425
İki ildən çoxdur həbsdə saxlanılan müstəqil bloger, yazıçı, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət edib.
Müraciətdə deyilir:
"Çox hörmətli Mehriban xanım!
Hazırda həbsdə olduğum qondarma cinayət işində üzləşdiyim qanunsuzluqlara aidiyyatı qurumların diqqətini çəkmək üçün dəfələrlə quru ölüm aclığı etmişəm. Sonuncu dəfə 8 (səkkiz) gün maye və qida qəbul etmədiyim üçün müayinə zamanı öd kisəmdə həkimlər çöküntü aşkarladı. Həkimlər bildirdi ki, əgər təcili müalicə olunmasam öd kisəmdə daş əmələ gələcək. Sizdən səhətimin mövcud durumunu nəzərə alaraq mənim məhbuslar üçün fəaliyyət göstərən mərkəzi müalicə müəssəsinə etab olunaraq müalicə olunmağım istiqamətində göstəriş verməyinizi xahiş edirəm. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm!
Dərin hörmətlə,
Vətəndaş Hacılı Ramin Rasim oğlu"
Müraciəti "Sherg.az"a şərh edən Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Ramil Hacılı Mehriban Əliyevadan əvvəl Ombudsmana və ya Ədliyyə Nazirliyinin xüsusi komissiyasına müraciət etməlidir:

"O gərək ilk növbədə Ədliyyə Nazirliyinə müraciət etsin və oradan köməklik göstərsinlər. Ümumiyyətlə, təcridxanada poliklinika var. Əgər yoxdursa, həbsxananın müdiri özü xəstəxanaya məktub yazır və gəlib onu aparıb köməklik göstərərirlər. Hər bir şəxsin oradan həm Ombudsmana, həm də Ədliyyə Nazirliyinin xüsusi komissiyasına məktub yazmağa haqqı var. Düzdür, Mehriban xanım məktubları görəndə cavab verir və lazimi tədbirlər görülür. Ancaq ona ünvanlanan məktublar çoxluğuna görə gec çatır. Bu səbəblə də, ən yaxşı üsul Ombudsmana müraciət etməkdir".
Şəhanə Tağızadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya