Məntəqə sədri Elza Seyidcahanı döydü: Əməkdar artist xəstəxanaya çatdırılıb - VİDEO - ÖZƏL
İsmayıl Qocayev
12:12 10.02.2020
Gündəm
1358
54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd, əməkdar artist Elza Seyidcahan məntəqə sədrlərindən biri tərəfindən döyülüb. Bu haqda Sherg.az-a müğənninin özü məlumat verib. Seyidcahan bildirib ki, hazırda vəziyyəti ağırlaşdığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına aparırlar:
Əməkdar artistin köməkçisi və seçkilərdə səlahiyyətli nümayəndəsi olan Elxan adlı şəxs əməkdaşımızla söhbətində bildirib ki, seçki günü, məntəqələrindən birinin sədri (adını dəqiq xatırlamır, sənədlərdə dəqiqləşdirib məlumat verəcək - red) küt alətlə namizədin ayağından-əlindən xəsarət yetirib.
Köməkçi onu da qeyd edib ki, müğənninin bacısı Mehriban xanım da 13 saylı məntəqənin sədri tərəfindən daha ağır fiziki xəsarətlərə məruz qoyulub.
Seyidcahanın bacısı həmin məntəqədə müşahidəçilik edirmiş. Saxtakarlığı görən Mehriban xanım buna etiraz edəndə məntəqə sədri bir neçə dəfə ona hücum edib, sonda təpikləyərək ağır xəsarətlər yetirib. Qarın nahiyyəsindən bir neçə zərbə alan qadın, huşunu itirib. O hazırda xəstəxanada müayinədən keçirilib, müalicə alır.
Seyidcahanın köməkçisi onu da bildirib ki, Şabran rayon Təcili Yardım Stansiyasına müraciət edilsə də, ona kömək etməkdən imtina olunub. Bu barədə hüquq-mühafizə orqanlarına da Mərkəzi Seçki Komissiyasına da rəsmi müraciət ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət