Ekspert onu da vurğulayıb ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ələ keçirilmiş quldur "başçıların"ın hamısı minalanma prosesində iştirak ediblər:
"Mina xəritələrini vermirlər, bizdən əsir terrorçuların geri qaytarılmasını istəyirlər" - Hərbi ekspert
13:47 12.10.2023
Gündəm
584
"Lokal xarakterli antiterror tədbirlərindən sonra ələ keçirilmiş quldur "başçılar"ın hamısı minalanma prosesində iştirak ediblər"
Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.
Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.
Petisiyada deyilir ki, minalar və partlamamış hərbi sursatlar (PHS) mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır, münaqişələr bitdikdən sonra da minalar insanları öldürməyə və şikəst etməyə davam edir. Minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir.
Kampaniya BMT-yə üz tutaraq, bəyan edir ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır.
Laos Xalq Demokratik Respublikası, Anqola, Azərbaycan, Kamboca, Konqo Demokratik Respublikası, Vyetnam dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır.
Müraciətdə müxtəlif ölkələrlə yanaşı, Azərbaycana da geniş yer ayrılıb. Bildirilir ki, Azərbaycan mina problemindən xeyli əziyyət çəkir. Son 30 ildə Azərbaycanda 3400-dən çox insan mina qurbanı olub. Onların 90%-i mülki şəxslərdir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov bildirib ki, mina terroruna qarşı uzun illərdir fəaliyyət göstəririk:
"Hətta Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərkibində bununla bağlı komissiya da yaratmışıq. Məsələ ilə bağlı mütəmadi olaraq təbliğatlar aparılır. Beynəlxalq təşkilatlarda da mövzu ilə əlaqədar açıqlamalar verilir və faktlar ortalığa qoyulur. Mina terrorundan tək hərbiçilər deyil, mülki şəxslər də həyatını itirir və əlil olurlar. Bu gün mina terroru ən aktual olan məsələlərdən biridir. Əgər mina xəritələri əlimizdə olmasa, təmizləmə prosesi bizim üçün çətin olacaq. Zaman-zaman yenə insanlar terrora məruz qalacaq. Ona görə də, 44 günlük müharibədən sonra Ermənistandan tərəfindən tələb etdiyimiz mina xəritələrinin verilməsi idi. Onlar isə gah vermək istəmədilər, gah da yarımçıq və yanlışlıqlar ilə verdilər. Ermənistan tərəfi bu məsələ də hiyləgərlik edərək, bizi aldadırlar. Bu baxımdan QHT-də dəfələrlə beynəlxalq qurumlara müraciət etmişik ki, Ermənistan tərəfi bəşəriyyətə qarşı olan cinayətə dəstək verərək xəritələri gizlədir. Hələ üstəlik bizim əlimizə girov düşmüş terrorçu əsgər və zabitlərinin də geri qaytarılmasını istəyirlər. Siz nə verdiniz ki, biz onları əsas götürüb hümanist addım ataq? Onlar bizdən hərşeyi tələb edir, eyni zamanda beynəlxaq təşkilatlarda biyabır etməyə çalışırlar. Özlərinə gələndə isə insanlığa aid olan bir addım belə atmırlar".
Ekspert onu da vurğulayıb ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ələ keçirilmiş quldur "başçıların"ın hamısı minalanma prosesində iştirak ediblər:
"Onlar hansı sahələrdə nə qədər mina basdırıldığını və xəritələrin mövcud olub, olmadığını gözəl bilir. 44 günlük müharibə zamanı hərbi qərargahları darmadağın olunan zaman bu xəritələr məhv olub, yoxsa qaçan zaman özləri ilə aparılıb? Hamısını separatçı qurumun nümayəndələri danışacaq. Bundan sonra bizim əlimizdə konkret olan məlumatlar olacaq. Quldur başçılarının hələki istintaqı gedir. Düşünürəm ki, xəritələr və minalanmış sahələr ilə bağlı müəyyən ifadələr veriləcək. Bundan sonra biz konkret addımlar ata biləcəyik. Quldur başçılarının verdiyi ifadələrdən çox şey asılıdır. Əgər Ermənistan xəritələr ilə bağlı məsələlərdən boyun qaçırsa, biz həmin ifadələri onların qarşısına qoyacayıq".
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm