Mirzoyan: Azərbaycan və Ermənistan arasında həll edilməmiş məsələlər var

“Azərbaycan və Ermənistan arasında sülh prosesi müsbət məcrada davam edir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, tərəflər münaqişə bitdikdən sonar barışıq üzrə dialoqa başlayıblar və proses davam edir, amma qanlı konfliktin yaraları hələ sağalmayıb.

Mirzoyan əlavə edib ki, hər iki ölkənin xalqlarının həqiqi barışığa ehtiyacı var.

“Hələ də həll olunmamış məsələlər var. Amma sülhə gedən yol ümumilikdə nikbindir”, - o vurğulayıb.