Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqlə görüşüb.
APA Ermənistan XİN-ə istinadən xəbər verir ki, Mirzoyan və Helberq Ermənistan-ABŞ strateji tərəfdaşlığının ardıcıl inkişafına yönəlmiş mövcud və mümkün yeni təşəbbüsləri müzakirə ediblər.
Ararat Mirzoyan və Yakob Helberq qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.