
Mirzoyanın sərsəmləməsi: Ermənistanın əsassız fikirləri - RƏY
04:51 14.11.2023
Gündəm
160
“Görsünlər ki, kimlər etnik təmizləmə ilə məşğul olub. Azərbaycan çoxmillətli dövlətdir”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə əsassız və yalan dolu iddialar səsləndirib. Ölkəmizə qarşı 30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistan rəsmisi riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin “etnik təmizləməsində” ittiham edib. İrəvanın bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir. Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır.
Politoloq Samir Əsədli "Sherg.az"a deyib ki, Ermənistan hakimiyyətinin hər zaman apardığı siyasət riyakarlıq və yalan üzərində qurulub. Analitik qeyd edib ki, sovet dövründən başlayaraq, indiki Ermənistan ərazisindən, yəni Qərbi Azərbaycandan kütləvi surətdə azərbaycanlılar öz yurd-yuvalarından qovuldular:

"Deportasiyanın axırıncı dalğası 1988-ci ildə baş verdi və sonuncu azərbaycanlılar Ermənistan ərazisindən çıxarıldı. Azərbaycanlılar İrəvan və Göyçə mahalından, Zəngəzurdan, Dərələyəzdən, Amasyadan və digər yerlərdən didərgin salındı. Ermənistan monoetnik dövlətdi və dünyada belə dövlət ancaq Ermənistandı. Ermənilər vahid xristianlığı parçalayaraq - Qriqoryan kilsəsi adlı ayrıca qol yaradıblar. Ermənilər heç vaxt başqa millətlə bir yerdə yaşamaq istəməyiblər. Harda kompakt yaşayırlarsa, digər xalqın nümayəndələrini oradan didərgin salmağa çalışırlar. Təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə bu problemlər yaşanıb. Xüsusən, Gürcüstanda, Cavaxetiyada bu cür problemlər olub. Ermənilərin Azərbaycana, Türkiyəyə, Gürcüstana, İrana ərazi iddiaları var. Xəstə təfəkkürləri ilə bu işləri görürlər".
Siyasi şərhçi qeyd edib ki, keçmiş Qarabağ münaqişəsinin əsasını da ermənilər özləri qoyub: "Yaşadıqları Azərbaycana, dövlətimizə, xalqımıza qarşı silahlı üsyana başlayıblar. Azərbaycanlıları kütləvi surətdə qırıblar. İnsanlarımız 30 ildən artıq öz yurdlarından didərgin düşüblər. Xocalıda, Ağdabanda, Başlıbeldə, Qaradağlıda və başqa yerlərdə qətliamlar, soyqırımlar həyata keçiriblər. Öz çirkin məqsədləri üçün bütün vasitələrdən istifadə ediblər. O baxımdan XİN başçısı A.Mirzoyanın sərsəmləməsi heç nəyi dəyişmir. Dünyada super güc sayılan dövlətlər tarixə, tarixi faktlara nəzər salsınlar. Görsünlər ki, kimlər etnik təmizləmə ilə məşğul olub. Azərbaycan çoxmillətli dövlətdir. Ölkəmizdə etnik azlıqlar bərabər şəkildə yaşayırlar. Bununla bağlı heç bir problem yoxdur. Ona görə Ermənistan rəsmilərinin ittihamı heç nəyi əks etdirmir. Sadəcə olaraq ağıllarına gələni danışırlar. Qarabağdan ermənilər özləri kütləvi surətdə gediblər. Bunu əks etdirən video görüntülər var. Hətta ermənilərə bölgəni tərk etməmələri üçün çağırış da edildi. Dövlətimizin sivil insanlarla problemi yoxdur. Problemimiz əli qana bulaşmış, silahlı dəstələrdə olmuş şəxslərlədir. Azərbaycan birgəyaşayışın nümunəsi olan ölkələrdəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm