Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.
Ceyhun Bayramov və Sergey Lavrov daha sonra geniş tərkibdə danışıqlar aparacaq.

Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.
Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.