Müdafiə naziri: Hizbullah atəşkəs üçün yalvarır, İran atəş açacağı təqdirdə, İsrail cavab verəcək

Hizbullah atəşkəs üçün yalvarır, onu dəstəkləyən İran isə təzyiq və hədələrlə İsrail saxlamağa çalışır. Çünki İran İsrailin Hizbullahı məhv edəcəyindən ciddi şəkildə qorxur.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz bildirib.

Katz vurğulayıb ki, İran İsrailə atəş açacağı təqdirdə, İsrail Müdafiə Qüvvələri güc tətbiq etməyə tam hazırdır və buna cavab verəcək.