Müşfiq Abbasovun evini əlindən alırlar: “Məhkəməyə müraciət etsəm də..."
İsmayıl Qocayev
19:34 21.11.2019
Gündəm
750
"Allah hamımızı mərdiməzardan, ev yıxandan qorusun! Mənim heç kimə "dələduz" demək hüququm yoxdur" - bunu Fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun xalası Həsənova Mehriban Hüseyn qızının iddiasından sonra Apelyasiya Məhkəməsinin hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir".
Bu sözləri "Bu şəhərdə"nin senaristi Müşfiq Abbasov yazıb. O, bir neçə ay öncə evinin əlindən saxta yolla alınması barədə paylaşım edib. Müşfiq bildirib ki, məhkəməyə müraciət etsə də, heç bir faydasını görməyib.
«Şərq»in suallarını cavablandıran Müşfiq Abbasov:
"Mən 2013-cü ildə ev almışam. Notarial qayda-qanunla. 145 min dollar evə pul vermişəm. Bu gün elə çıxır ki, ev mənim deyil. Sən demə, 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3 il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib.
Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak Komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar. Nəyə görə qanunla aldığım evi hakimin şəxsi münasibətləri üzündən məndən geri alırlar? Nə haqla?".
Müşfiq evlə bağlı məhkəmə prosesində hədələndiyi barədə məlumata da aydınlıq gətirdi: "Bəli, o xanımla telefonda danışmışam, məni hədələdi ki, mənim yuxarı vəzifədə əyləşmiş bacım qızıynan, Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin "ağzını yumar", havayı yerə vəkillərə pul xərcləmə. Bu sözləri Mehriban adlı qadın söyləyib. Yəni hakim Xəyalə Cəmilovanın və xala Mehriban Həsənovanın bu məntiqindən belə çıxır ki, Azərbaycanda kim istəsə, dövlət sənədlərini saxtalaşdırıb, külli miqdarda (145 min dollar), dələduzluq edib, pulu "atıb" həbs olunmaya bilər, azadlıqda qalar.
Dövlət notariusunun təsdiqlədiyi müqaviləyə, heç vaxt güvənib ev almayın. Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülkü hər an, hətta 6 ildən sonra əlindən alına bilər. Əslində elə çıxır ki, sizin hər birinizin əgər evi "kupça"lıdırsa, bu problem sizi də gözləyə bilər. Yəni istənilən vaxt sizə məxsus sənədli evi əlinizdən ala bilərlər. Belə çıxır ki, Azərbaycan vətəndaşları hər ehtimala qarşı mülkləri əllərindən alınmamış hər şeyini satıb, kirayələrdə yaşamalıdırlar? Gedib başqa dövlətlərdə ev almalıdırlar?
Bir çox yerlərə müraciət etmişəm. Ümid edirəm, noyabrın 25-də Ali Məhkəmədə işimizə baxacaq hakim - Vəliyeva Elşanə vicdanlı qərar verəcək. Yasamal məhkəməsində iş mənim xeyrimə qərar vermişdi. Apelyasiya Məhkəməsi qərarı ləğv etdi. Mən sonuncu instansiya olaraq Ali Məhkəməyə müraciət etmişəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm