Naxçıvanda intensiv təlimlər!- “Bu, antiterror əməliyyatlarının anonsudur”
Fidan Həmişəyeva
11:38 01.09.2021
Gündəm
518
“Ermənistan üçün kabusa çevrilən Azərbaycan xüsusi təyinatlıların məşqlərinin ictimailəşdirilməsi isə İrəvanın qorxularını və isterikasını dərinləşdirir”
Ermənistanda Baş nazir Nikol Paşinyan orduda şəxsi heyətin çatışmazlığını, psixoloji və döyüş hazırlığı səviyyələrinin bərbadlığını kompensasiya etmək üçün qadınların icbari hərbi xidmətə çağırılmasını məqbul sayır. Paşinyan bunu demoqrafik vəziyyətlə əlaqələndirir. Bir sözlə, Ermənistan ordusunda vəziyyət olduqca acınacaqlı və fəlakətlidir. Lakin Azərbaycan ordusuna gəlincə, təkcə Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Orduda bir ay ərzində -avqustda- keçirilən intensiv hərbi təlimlərə diqqət çəkmək bəs edər.
Məsələn, bu il avqustun 5-də Əlahiddə Ümumqoşun Orduda xüsusi təyinatlı bölmələrin təlimi keçirilib. Bundan başqa, avqustun 10-da tank və mexanikləşdirilmiş birləşmələrin aktiv məşğələləri baş tutub. Eyniz amanda avqustun 14-də hava hücumundan müdafiə bölmələri təlimlərə cəlb olunub. Bununla yanaşı, avqustun 20-də minaatan bölmələr təlim atışları reallaşıb. avqustun 31-də isə xüsusi təyinatlı bölmələri növbəti təlimi gerçəkləşib. Birinci və beşinci təlim sırf antiterror təlimləridir, digərləri isə dolayı da olsa antiterror hazırlıqları ilə əlaqəlidir.
Ard-arda keçirilən təlimləri zəruri edən amilləri “Sherg.az”a sadalayan siyasi şərhçi, jurnalist Aqşin Kərimov vurğulayıb ki, Naxçıvan Azərbaycanın strateji əhəmiyyətinə görə ən vacib nöqtəsidir. Ekspertin sözlərinə görə, Qarabağda müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində də möhkəmləndirmə işləri həyata keçirilir:
“Təkcə Əlahiddə Ümumqoşun Ordu Ermənistanı məhv etməyə qadirdir. İlin əvvəlində Naxçıvanda intensiv təlimlərə start verilib, Türkiyədən olan hərbçilər də bəzilərinə qatılıblar. Məsələn, iyunun 22-də Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilib. Avqustun 31-də xüsusi təyinatlıların təlimində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak edib. Naxçıvan Azərbaycanın strateji əhəmiyyətinə görə ən vacib nöqtələrindən biridir, Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşir”.
A.Kərimovun qənaətincə, təlimlərin ardıcıllığı və xarakteri antiterror əməliyyatlarına hazırlıq məqsədinin anonsudur, Ermənistan üçün kabusa çevrilən Azərbaycan xüsusi təyinatlıların məşqlərinin ictimailəşdirilməsi isə İrəvanın qorxularını və isterikasını dərinləşdirir:
“Antiterror əməliyyatları miqyasına və xarakterinə görə müharibədən fərqlidir, müharibə daha çox hərbi texnika, daha çox canlı qüvvə tələb edir, itki ehtimalı yüksəkdir. Ancaq antiterror təlimləri qısa müddətdə az itki və ya itki olmadan hədəflərə nail olmaq deməkdir.
Ermənistan müharibənin bitdiyini elan edən 10 noyabr bəyanatının 4-cü bəndini, qoşunlarının Rusiya sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan ərazilərindən çıxarılması məsələsini yubadır, bununla vaxt qazanmağa çalışır. Azərbaycan isə diplomatik həmlələr və hərbi gücü ilə Ermənistanı sıxışdırmaq, bununla sülhə məcbur etmək taktikasını işə salır. Ancaq bir tərəfdən də ehtiyatı əldən vermir. Ona görə də mütəmadi hərbi təlimlər keçirir və Ermənistana növbəti “Dəmir yumruq” mesajını verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm