Naxçıvandan düşmənə silahlar “tuşlanıb”: Üç tərəfdən Ermənistanın içərisinə “giririk”
Fidan Həmişəyeva
10:49 02.09.2021
Gündəm
1388
“Naxçıvanda hərbi təlimlərin intensivliyinin səbəbi Ermənistanın burnunun dibində ona mesaj vermək məqsədi daşıyır"
"Ermənistanın paytaxtı İrəvana coğrafi yaxınlıq isə erməniləri isterikaya salır, psixoloji gərginlik yaradır"
Bu ilin avqust ayında Naxçıvanda 5 dəfə intensiv hərbi təlimlər keçirilib. Məsələn, avqustun 5-də Əlahiddə Ümumqoşun Orduda xüsusi təyinatlı bölmələrin təlimi gerçəkləşib. Bundan başqa, avqustun 10-da tank və mexanikləşdirilmiş birləşmələrin aktiv məşğələləri baş tutub. Eyni zamanda avqustun 14-də hava hücumundan müdafiə bölmələri təlimlərə cəlb olunub. Bununla yanaşı, avqustun 20-də minaatan bölmələr təlim atışları reallaşıb. avqustun 31-də isə xüsusi təyinatlı bölmələri növbəti təlimi gerçəkləşib. Birinci və beşinci təlim sırf antiterror təlimləridir, digərləri isə dolayı da olsa antiterror hazırlıqları ilə əlaqəlidir.
Adıçəkilən təlimlərin arda-arda keçirilməsinin zəruriliyini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi, jurnalist Aqşin Kərimov bildirib ki, Naxçıvan böyük strateji önəmə malik regiondur, Naxçıvandakı Əlahiddə Ümumqoşun Orduda döyüş hazırlığı yüksək səviyyədədir. Onun sözlərinə görə, bura müasir silahlar da yerləşdirilib:
“Güman ki, ən müasir silahların Naxçıvana göndərilməsi prosesi indi də davam edir. Naxçıvandan İrəvana 70-80 kilometr məsafə var. Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra Naxçıvanın təhlükəsizliyi məsələsi yeni geosiyasi reallığın tələblərinə uyğunlaşdırılır. Buna görə də, Naxçıvanda Ermənistanla sərhədin möhkəmləndirilməsi prosesi gedir.
Naxçıvan amili Zəngəzur dəhlizi üçün də açardır, buna görə də, Azərbaycan Ermənistanın gələcəkdə mümkün təxribatlarının qarşısının alınması üçün sərhədləri möhkəmləndirir, strateji yüksəkliklərdə döyüş növbətçiliyini gücləndirir.
Azərbaycan Laçın və Kəlbəcərdə demarkasiya işləri aparır, paralel olaraq Naxçıvana hərbi yatırımı gücləndirir – səbəb sadədir: Azərbaycan Kəlbəcər və Laçınla yanaşı Naxçıvandan da Ermənistanın içərilərinə “girir”, yəni daha dəqiq desək vizual nəzarətini gücləndirir ki, perspektivdə hər hansı təxribat baş tutmasın”.
Təlimlərin keçirilməsinə gəlincə, A.Kərimov qeyd edib ki, Naxçıvan Türkiyə üçün də böyük strateji nöqtədir, bu baxımdan hərbi məşqlərdə Türkiyədən olan hərbçilər də iştirak edir:
“Naxçıvanda hərbi təlimlərin intensivliyinin səbəbi Ermənistanın burnunun dibində ona mesaj vermək məqsədi daşıyır. Ermənistanın paytaxtı İrəvana coğrafi yaxınlıq isə erməniləri isterikaya salır, psixoloji gərginlik yaradır.
Naxçıvandakı müasir silahların içərisində isə uzaqmənzilli raketlər də var.
Prezident İlham Əliyev 2018-ci ilin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Orduun “N” saylı hərbi hissəsi ilə tanışlığı zamanı demişdi ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm