Nazir müavini: COP29-a ev sahibliyi edən Azərbaycan üçün "təmiz enerji"yə keçid vacibdir
11:31 29.06.2024
Gündəm
403
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan üçün qalıq yanacaqlardan "təmiz enerji" mənbələrinə keçid və bu sahəyə investisiyalar mühüm əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forumda deyib.
O qeyd edib ki, ölkə bərpa olunan enerji sektorunun inkişafına böyük investorlar cəlb edə bilib: “Biz Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan investisiyalar cəlb edə bildik. Bununla qürur duyuruq. Etibarlı tərəfdaş kimi çıxış etmək üçün Avropa İttifaqı (Aİ) ilə digər layihələr üzərində də işləməyə davam edirik”.
E.Məmmədov xatırladıb ki, Azərbaycan ilə Aİ arasında strateji tərəfdaşlıq haqqında Memorandum 2022-ci ilin iyulunda imzalanıb və bu sənəddə iki mühüm komponent var: “Birincisi, Cənub Qaz Dəhlizinin (SGC) ötürücülük qabiliyyətini iki dəfə artırmaqla onu 2027-ci ilə qədər hazırkı 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaqdır. İkinci mühüm komponent ekoloji gündəliyimiz və “yaşıl iqtisadiyyat”a keçiddir. Əlbəttə ki, bu ilin sonunda COP29-a ev sahibliyi edəcək bir ölkə olaraq bizim üçün qalıq yanacaqlardan "təmiz enerji" mənbələrinə keçid üzərində işləməyimiz vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya