Nazir müavini narazı qaziləri qəbul etdi
12:25 22.04.2021
Gündəm
503
Qarabağ müharibəsində sağlamlığını itirən 10-a yaxın qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib.
"Sherg.az" “Report”a istinadən xəbər verir ki, qazilər əsasən, biganəlikdən şikayətləniblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, qaziləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və digər aidiyyəti rəsmilər qəbul edib:
“Onların müraciətləri dinlənildi. Müraciətlərinin bir hissəsi əlillik dərəcələrinin meyarları ilə əlaqəli olub. Nazirlik qanunvericiliyə uyğun olaraq əlillik qruplarına təyin edir. Təyinatın birinci hissəsi aidiyyəti qurumlar tərəfindən gələn göndərişlər əsasında verilir. Bununla bağlı qazilərə qanunvericiliyin şərtləri izah edildi. Qazilərin təklifləri əsasında aidiyyəti qurumlarla müzakirələr aparılacaq.
Bundan başqa, bir neçə qazimizin mənzil şəraitinin yaxşılaşdırılması barədə də danışıqlar aparıldı. Bilirik ki, ilin sonuna qədər qazi və şəhid ailələri 3 000 mənzil və fərdi evlə təmin ediləcək.
Məşğulluq barədə müraciətlər də yerindəcə qeydə alındı və uçota götürüldü. Məşğulluq mərkəzlərinə tapşırıq veriləcək və qazilərimiz uyğun işlərlə təmin ediləcək”.
Etirazçılar onların tələblərinin dinlənildiyini və problemlərinin həllinə söz verildiyini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz