Nazirlər Kabineti büdcə və dövlət fondlarının istifadəsi qaydalarında dəyişiklik edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar “Büdcə sistemi haqqında” qanuna edilmiş dəyişikliklərin tətbiqi ilə əlaqədar qəbul olunub və bir sıra dövlət fondlarının vəsaitlərinin istifadəsi qaydalarına düzəlişləri nəzərdə tutur.
Dəyişikliklərə əsasən, müxtəlif dövlət fondlarının hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək. Bu qayda meşələrin qorunması və təkrar istehsalı fondu, ətraf mühitin mühafizəsi üzrə dövlət fondu, eləcə də digər xüsusi fondlara şamil ediləcək.
Bundan əlavə, Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydalarına dəyişiklik edilərək Prezidentin Ehtiyat Fonduna da aid müddəalar əlavə olunub.