İranın ali lideri Müctəba Xamenei Türkiyə və Omana yönəlmiş raket hücumlarının İran və müttəfiqləri tərəfindən həyata keçirilmədiyini bildirib.
Sherg.az xəbər verir ki, Ramazan və Novruz münasibətilə yayımladığı mesajda Xamenei ölkədaxili birliyə çağırış edib və yeni ili “Milli birlik və təhlükəsizlik kölgəsində müqavimət iqtisadiyyatı ili” elan edib. O, əhalinin sosial rifahının yaxşılaşdırılmasını iqtisadi mübarizənin əsas hissəsi kimi qiymətləndirib.
Xamenei həmçinin medianı düşmənin psixoloji təsirlərinə qarşı diqqətli olmağa çağırıb və ölkənin zəif tərəflərinin qabardılmamasını tövsiyə edib.
Regiondakı gərginliyə toxunan Xamenei Əfqanıstan və Pakistan arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.