
Nəsiman Yaqublu: Xankəndində şanlı bayrağımızın dalğalanması tarixi hadisədir
Yusif Sultanoğlu
14:57 09.11.2023
Gündəm
395
“Üçrəngli dövlət bayrağımız tariximizin böyük bir dövrünü əhatə edir. Uzun illər boyu Azərbaycan xalqı bayrağımızın var olması, dalğalanması uğrunda böyük bir mübarizə aparıb”.
Bunu "sherg.az"-a Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu “Bayraq Günü” -nün tarixi əhəmiyyətindən danışarkən deyib.

Professor bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızda bayrağımızın dalğalanmasını gördük də dövlətin vətandaşları olaraq qürur duyuruq:
“Xankəndində 8 noyabr" zəfər günü”-də şanlı bayrağımızın dalğalanması böyük tarixi hadisədir. Dövlət bayrağımız haqqında ilk qərar 1918- ci ildə Noyabrın 9- u verilib. Həmin günü mətbuat üzərində senzura ləğv edilib və azad mətbuatın mövcud olması haqqında qərar qəbul olunub. Bayrağımızın ilk dəfə rəsmi olaraq dalğalanması 1918- ci ilin Dekabrın 7 -si günündən başlanılıb. Parlamentin açılışı tarixi üçrəngli bayrağımız parlament binasının üzərinə qaldırıldı. Bayraq haqqında ilk şeir yazan isə görkəmli şair, Əhməd Cavad olub. Böyük dramaturq, Cəfər Cabbarlının, Əliabbas Müznib yazılarında bayrağımızı tərənnüm edən çox dəyərli şeirlərə, fikirlərə rast gəlmək mümkündür. Sovetlər birliyi dövründə bayrağın dalğalanması üçün cəhd göstərən şəxslər oldu. 1957- ci ildə "Qız qalası" üzərində bir neçə mücahid buna nail oldu. Ancaq həbs olunub, işgəncələrə məruz qaldılar. İlk növbədə mühacirətdə yaşamış, dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin yazdığı kitablardan, nəşr etdirdiyi jurnallarda, qəzetlərdə şanlı bayrağımız haqqında daima məlumatlar verilirdi. Bu da bayrağımızın tarixini yaşadan ciddi mənbələrə çevrilirdi. Biz xoşbəxt millətik ki, müqəddəs bayrağımız azad olunmuş torpaqlarımız da dalğalanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm