İran Hörmüz boğazını ABŞ və İsraillə müharibə zamanı bu yolunu minaladığına görə tam aça bilmir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “New York Times”a deyiblər.
“İran atəşkəs razılaşmasına zidd olaraq Hörmüz boğazını tam gəmi trafikinə aça bilmir. Çünki boğazda yerləşdirdiyi bütün minaların yerini müəyyən edə bilmir. İranın bu su yolunu təmizləmək üçün kifayət qədər imkanları yoxdur”, - mənbələr qeyd ediblər.