Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti son günlərdə 56 əcnəbini deportasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Banqladeş, Qana, Hindistan, İraq, İordaniya, Keniya, Çin, Kuba, Nigeriya, Pakistan, Rusiya, Sudan, Tacikistan, Türkiyə, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları Gürcüstandan qovulub.
Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.
Gürcüstan son zamanlar qanunsuz miqrantlarla fəal mübarizə aparır. Ölkə parlamenti miqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib. Hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat yayır.