CHP lideri Özgür Özəl ilə Keçiören Bələdiyyə sədri Məsut Özarslan arasındakı yazışmalar partiyada siyasi gərginlik yaradıb. Özəl, bu mesajları Məclis kürsüsündən oxuyaraq açıqlayıb, Özarslan isə bu yazışmalar üzərinə məhkəməyə şikayət edib.
Sherg.az xəbər verir ki, hadisələr AKP-yə keçmək iddiaları ilə başlayıb, 7 bələdiyyə üzvünün istefası və Özəl ilə Özarslan arasında iplərin kəsilməsi ilə böyüyüb. Özəl yazışmalarda Özarslanın “korrupsiya və oğurluq” iddialarını inkar etdiyini, lakin sonradan gizli görüşlər və AK Partiyaya keçmə planlarının ortaya çıxdığını bildirib.
Özəl, mesajlarda təhqir yox, şəxsi xüsusiyyətlərin qeyd olunduğunu vurğulayıb və Özarslanın ailəsinə qarşı hər hansı bir niyyətinin olmadığını deyib.
Özarslan isə partiya içində təzyiq səbəbilə istifa etdiyini və mesajlar üzərinə Özəl haqqında məhkəməyə müraciət etdiyini açıqlayıb. O, hazırda müstəqil olduğunu və AKP-yə və ya MHP-yə keçməyi düşünmədiyini bildirib.
Hadisə partiyada və Ankara bələdiyyələrində rəhbərlik mövqeləri ilə bağlı gərginliyi artırıb, gözlər Yavaşın təklifi ilə iş başına gətirilən digər bələdiyyə başçılarına yönəlib.