Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasına qatılacaq.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Paşinyan özü jurnalistlərə bildirib.

Qeyd edək ki, iclas avqustun 6-dan 7-dək Qırğızıstanda keçiriləcək.