Paşinyan Azərbaycana dəhliz verəcək - AKTUAL
04:11 02.06.2023
Gündəm
526
Bu, Ermənistanın inkar edə bilməyəcəyi reallıqdır
Ermənistanın "Hraparak" nəşri Zəngəzur dəhlizindən yazıb. Qəzet bildirib ki, Ermənistanın Naxçıvan, Zəngəzur və Azərbaycandan keçməklə Rusiya, Avropa İttifaqı və İrana çıxmaq imkanı ola bilər. Nəşrin qeyd etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tələb etdiyi dəhliz məhz budur, sadəcə olaraq "yol" adlanacaq:
"Son günlər güc dairələrində belə deyilir ki, Paşinyan Rusiyanın Azərbaycandan çox tələb etdiyi dəhlizdən imtina edə bilməz. Amma ola bilsin ki, Paşinyan yolu daha qısa müddətə - cəmi 3 və ya 5 ilə təmin edəcək". Son günlər erməni rəsmilərinin Zəngəzur dəhlizi məzmunlu açıqlamalarının sayı artıb. Bu məsələnin yaxın günlərdə Moskvada baş tutacaq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin görüşündə müzakirə olunacağı deyilirdi. Lakin Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Zəngəzur dəhlizinin müzakirəsi Ermənistanın "qırmızı xətti"dir. O, bu məsələnin XİN başçılarının üçtərəfli görüşündə müzakirə mövzusu olmayacağını deyib.
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizi Ermənistanın inkar edə bilməyəcəyi reallıqdır. Politoloqun sözlərinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti 2020-ci ildə imzalanmış 10 noyabr müqaviləsinin 9-cu bəndinə, yəni Zəngəzur dəhlizinin icrasına imza atıb:
"İndi bu əraziyə "yol", yaxud "dəhliz" deyilməsi texniki məsələdir. Əsas odur ki, yolda gediş-gəliş maneəsiz olsun. Eyni şərt Laçın-Xankəndi yolu üçün də nəzərdə tutulur. Amma burada fərq var. Azərbaycan Laçın yolunun təhlükəsizliyinə üçtərəfli müqavilənin 6-cı bəndinə əsasən, təhlükəsizlik təminatı verir. Yəni Laçın yolunun təhlükəsizliyinə Azərbaycan da cavabdehdir. Yolun Ermənistanla sərhədində keçid-buraxılış məntəqəsi yaratmaqla təhlükəsizliyə təminat yaradırıq. Zəngəzur dəhlizindən maneəsiz istifadəyə Ermənistan təminat verməli olsa da, dəhlizin təhlükəsizliyini birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir. Bunlar məsələnin hüquqi tərəfləridir. Moskvada XİN rəhbərlərinin baş tutacaq görüşündə müzakirə olunacaq məsələlərin nəticə verməsi üçün tərəflərin hər biri öz öhdəliklərini anlamalı və ona əməl etməlidirlər. Əslində burada mübahisə, narazılıq doğuran məqamlar olmamalı idi. Çünki tərəflər üçtərəfli bəyanata imza atmaqla, əslində, Zəngəzur dəhlizinə öz münasibətlərini bildiriblər. Yenidən "Amerika kəşf etməyə" ehtiyac yoxdur. Yeni fikirlər ortaya atmaq isə məsələnin həllindən yayınmaq və problemi uzatmaq məqsədi güdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi