Paşinyan Baş nazir postuna namizəd seçilib

Nikol Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyi irəli sürülüb.

APA xəbər verir ki, bu barədə Paşinyan “Facebook” hesabında paylaşım edib.

Qeyd olunub ki, “Mülki Müqavilə” partiyasının daxili seçkilərinin iki mərhələsi tamamlanıb.

"Səsvermə nəticələrinə etiraz etmək üçün müəyyən edilmiş müddət ərzində heç bir müraciət daxil olmayıb. Hesablama Komitəsinin bütün üzvlərinə, xüsusilə Komitə sədri Hakob Arşakyanın rəhbərliyi altında qapalı-gizli səsvermənin iki mərhələsinin yüksək səviyyədə və demək olar ki, qüsursuz təşkilinə görə təşəkkür edirəm. Partiya yoldaşlarıma mənə yenidən etimad göstərdikləri, “Mülki Müqavilə” partiyasının seçki siyahısına rəhbərlik etməyi həvalə etdikləri və Ermənistan Respublikasının baş nazirliyinə namizəd kimi irəli sürmək şərəfinə layiq gördükləri üçün minnətdaram”, paylaşımda deyilir.