
Paşinyan hakimiyyətində Rusiyaya qarşı münasibətdə ikitirəlik yoxdur!
Yusif Nəzərli
11:39 27.10.2023
Gündəm
447
Ermənistan Baş naziri Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasında anti-Rusiya əhval-ruhiyyəsinin dərinləşməsi və bəzi üzvlərin onlarla razılaşmaması partiyada parçalanmaya səbəb ola bilər.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Qəzetin yazdığına görə, partiya üzvlərinin Baş nazirlə dərin, lakin hələ ki dinc fikir ayrılığı var.
“Onlar bir-birləri ilə söhbətlərdə Paşinyanı və onun anti-Rusiya komandasını tənqid edirlər, lakin hələ ki açıq şəkildə heç nə bildirməyiblər”, - qəzet aydınlıq gətirir.
Mövzu “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, "Joxovurd" qəzetinin bu iddiası həqiqəti əks etdirmir:
“Doğrudur, bu gün Ermənistanın daxilində Rusiyaya qarşı ictimai siyasi münasibətlər sistemində müəyyən fikir ayrılıqları mövcuddur. Amma bu daha çox Nikol Paşinyan və komandası ilə onlara rəqib olan siyasi qüvvələr arasında olan fikir fərqləridir. Faktiki olaraq Nikol Paşinyan hakimiyyətə gəldiyi dövrdən bu zamana qədər dəfələrlə öz kadrlarını dəyişib. Güvənmədiyi şəxsləri hakimiyyət sistemindən uzaqlaşdırmaq onun siyasətinin bir parçasıdır. O, bunları insan hüquqlarını kobud şəkildə pozaraq kimsənin fikrini dinləmədən həyata keçirib”.

“Sorosçu komandanın üzvlərinin bir çoxu yaxın keçmişə qədər beynəlxalq platformalarda və eyni zamanda Ermənistanın daxilindəki ictiami-siyasi proseslərdə Rusiyaya nifrət nitqini üstün tutublar. Rusiyaya qarşı təhqirəramiz bir mövqe nümayiş etdirilib. Bu baxımdan hazırda Paşinyan hakimiyyətində Rusiyaya qarşı münasibətdə ikitirəliyin olmadığını düşünürəm. Əksinə hazırda rəsmi Kreml düşmənçiliyi Ermənistanın ictimai-siyasi fikrində özəlliklə siyasi iqtidar tərəfindən trend halına gətirilir. Ölkədə anti-Rusiya ahval-ruhiyyəsi formalaşdırılır.
Paşinyanın bu siyasətinə qarşı çıxmaq istəyənlərsə, o cəsarətə malik deyillər ki, onlar vəzifə kürsüsünü tərk edib, iqtidar komandasına qarşı çıxsınlar. Amma əlbəttə Rusiyaya yaranmağa çalışan keçmiş müdafiə naziri Seyran Ohanyan başda olmaqla müəyyən bir qrup da var. Lakin onlar da yaxşı başa düşürlər ki, hazırda Ermənistan elə bir uçuruma düşüb ki, tezliklə onları bu uçurumdan xilas etmək mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi