Paşinyan Kupmanla sülh prosesini müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, baş nazir Ermənistan-Avropa İttifaqı əməkdaşlığının dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini bildirib.

Nikol Paşinyan Avropa İttifaqının müxtəlif sahələr üzrə Ermənistana ardıcıl dəstəyini yüksək qiymətləndirib.

Gert Yan Kupman Aİ-Ermənistan tərəfdaşlığının genişləndirilməsində əldə edilən irəliləyişə diqqət çəkib.

İkitərəfli məsələlərlə yanaşı, regional hadisələr və Ermənistan-Azərbaycan sülh gündəliyi də müzakirə olunub. Paşinyan Ermənistan hökumətinin regionda sabit və davamlı sülhün bərqərar olmasına yönəlmiş mövqeyini təqdim edib.