Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunan müxalif qüvvələrin gələcək siyasi fəaliyyət imkanlarının məhdudlaşdırılmasının vacibliyini bəyan edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan Milli Məclisdə çıxışı zamanı 9-cu çağırış parlamentdə formalaşmış müxalifətin “tamamilə qanunsuz fəaliyyət nəticəsində meydana gəldiyini” iddia edib.
Baş nazirin sözlərinə görə, həmin siyasi qüvvələr qanuni siyasi proseslərin nəticəsi olaraq formalaşmayıb və Ermənistan dövlətinin bu dairələrin gələcək siyasi fəaliyyət imkanlarını məhdudlaşdırmaq hüququ var.
“Parlament müxalifəti tamamilə qanunsuz fəaliyyət nəticəsində formalaşmış siyasi vahiddir və Ermənistan Respublikasının qanuni hüququ bu dairələri gələcək siyasi fəaliyyət imkanlarından məhrum etməkdir”, - deyə Paşinyan bildirib.