Paşinyan parlament seçkilərində qələbəsini elan etdi

Onun sözlərinə görə, hakim partiya seçkilərdə ən çox səs toplayaraq hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edib

Ermənistanın Baş naziri Nikol Pashinyan bildirib ki, onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində qələbə qazanıb.

Sherg.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, hakim partiya seçkilərdə ən çox səs toplayaraq hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edib. O, səsvermənin konkret nəticələrini açıqlamayıb.

Baş nazir həmçinin Ermənistanın xarici siyasətinə dair açıqlama verərək Rusiya ilə münasibətlərin qarşılıqlı hörmət və institusional əməkdaşlıq əsasında qurulduğunu bildirib və iki ölkə arasında gərginlik yaratmaq cəhdlərinin uğursuz olacağını qeyd edib.