Paşinyanla Makron arasında telefon danışığı olub

Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA xəbər verir ki, tərəflər regionda vəziyyəti müzakirə ediblər.

Stabillik və sülhün təmin edilməsi üçün səylərin vacibliyi vurğulanıb.