Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarını pisləyib

ABŞ-nin Çin şirkətlərinə tətbiq etdiyi məhdudiyyətlər Pekində keçirilən ikitərəfli sammit zamanı əldə olunan razılaşmalara ziddir. Eyni zamanda Çinin qanuni maraqlarına zərər vurur.

Teleqraf xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, ABŞ Pekin sammitində əldə olunan konsensusa və Çin-ABŞ ticarət-iqtisadi münasibətlərinin ümumi vəziyyətinə məhəl qoymayıb.

“ABŞ-nin addımları beynəlxalq iqtisadi və ticarət qaydalarını ciddi şəkildə pozur, qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə ciddi təhlükə yaradır. Həmçinin Çin müəssisələrinin qanuni hüquq və mənafelərinə ciddi zərər vurur", – bəyanatda qeyd olunub.