Pentaqon rəhbəri Xameneinin ağır yaralandığını bildirib

Pentaqon rəhbəri Pete Heqsett 8 apreldə keçirilən brifinqdə İranın yeni ali lideri Müctəba Xameneinin ağır yaralandığını açıqladı.

Teleqraf xəbər verir ki, Heqsetin sözlərinə görə, Xamenei vurularaq eybəcər hala salınıb: "İran sənayesi isə faktiki olaraq məhv edilib. ABŞ ordusu isə döyüşə tam hazır olduğunu bildirib".

Bu arada, aprelin 4-də Xameneinin müalicə üçün Rusiyaya getməsi ilə bağlı məlumatların yalan olduğu qeyd edilib. Xəsarətlərin onun işinə mane olmadığı deyilib.