İran prezidenti Məsud Pezeşkian bildirib ki, münaqişənin yenidən təkrarlanmayacağına dair təminatlar olmadığı halda ABŞ və İsraillə müharibənin başa çatmasından danışmaq mənasızdır.
Sherg.az xəbər verir ki, “Gələcəkdə ərazilərimizə yenidən hücumların olmayacağına əmin olmadığımız müddətdə müharibənin başa çatmasından danışmaq mənasızdır”, - deyə Pezeşkian X sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, bu fikirləri martın 15-də baş tutan telefon danışığı zamanı Emmanuel Makrona bildirib.
Pezeşkian həmçinin vurğulayıb ki, ABŞ-nin Yaxın Şərqdəki bazalarından istifadə edərək Tehranla qonşu ölkələr arasındakı münasibətləri pozmaq cəhdlərinə son qoyulmalıdır. Onun sözlərinə görə, İran tərəfi isə özünümüdafiə hüququndan istifadə edir.