Pezeşkian Azərbaycana təşəkkür etdi

“İran qırmızı xətləri qorumaq şərti ilə dünya ilə dialoqa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında deyib.

Dövlət başçısı rəhbərlik etdiyi hökumətin qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətləri qurmaq üzərində işlədiyini vurğulayıb.

“Türkiyə Prezidenti və xarici işlər naziri, həmçinin Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Misir hökumətlərinə diplomatik səyləri və İrana dəstək bəyanatlarına görə təşəkkür edirik”, - Məsud Pezeşkian əlavə edib.