Pezeşkian ölkəyə nəzarəti itirib, qarşıdakı 24 saat vacibdir - KİV

“Qarşıdakı 24 saat İranla müharibədə ən vacib məqamdır”.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla N12 telekanalı məlumat yayıb.

Mənbə İran Prezidenti Məsud Pezeşkian və administrasiyasının ölkəyə nəzarəti itirdiyini, hərbi qüvvələrin (SEPAH) prosesə nəzarət etdiklərini iddia edib.

“Qarşıdakı 24 saat müharibədə ən vacib məqamdır. Əgər proses İranın siyasi eşelonlarının səlahiyyətində olsaydı, çoxdan atəşkəs olardı. Onların nəzarəti ilə bağlı şübhələr var”, - mənbə İsrail kanalına bildirib.