Pezeşkian: “Qonşularımız qardaşlarımızdır, onlarla savaş istəmirik”

İran və ABŞ-İsrail münaqişəsi 22-ci gününə çatıb. İran prezidenti Mesud Pezeşkian bildirib ki, qonşularına qarşı qarşıdurma niyyətləri yoxdur: “Qonşularımız qardaşlarımızdır, sizinlə döyüşmək istəmirik.”

Sherg.az xəbər verir ki, ABŞ və İsrail Natanz uran zənginləşdirmə müəssisəsinə yeni hücumlar edib. ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini “qorxaqlar” adlandırıb, müharibənin 4–6 həftə davam edə biləcəyini bildirib.

İsrail Tehran və Beyrut şəhərlərinə hücumlarını artırıb, münaqişədə 2 mindən çox insan ölüb, 1 milyondan çox insan evini tərk edib. ABŞ regiona əlavə qüvvələr göndərib, Almaniya və Fransa isə Boğazın təhlükəsizliyi üçün əvvəlcə münaqişənin dayandırılmasını tələb edib.