- İtaliyada siyasətçilər Rusiyaya münasibətdə mövqenin yumşaldılmasını tələb edirlər
İtaliyanın Baş naziri Corca Meloni seçkilər ərəfəsində Ukraynaya dəstəyinə görə seçiciləri qarşısında izahat verməli olub.
Sherg.az xəbər verir ki, Bu barədə Politico qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Meloni Ukrayna məsələsində tutduğu mövqeyə görə çətinliklərlə üzləşir. Onun siyasi fraksiyasının nümayəndələri Rusiyaya münasibətdə daha yumşaq siyasətin tərəfdarıdır və Kiyevə hərbi yardımın davam etdirilməsini dəstəkləmirlər.
Qəzet həmçinin qeyd edir ki, bu tənqidlər fonunda Meloni qanunsuz miqrasiyaya mənfi münasibətini daha çox ön plana çıxarmağa başlayıb.
Bundan əvvəl İtaliyanın Baş naziri Ukraynaya yardım ətrafında yaranan mübahisələrə sərt reaksiya verib. Parlament iclası zamanı “İrəli, İtaliya” partiyasının deputatı Laura Ravetto Melonini milli maraqlara xəyanətdə ittiham edib.
Ravetto bildirib ki, Kiyevə hərbi və maliyyə yardımı İtaliya Konstitusiyasının 11-ci maddəsinə ziddir. O, həmçinin qazın ABŞ-dan baha qiymətə alınması əvəzinə Rusiyadan daha ucuz qiymətə alınmasının tərəfdarı olduğunu deyib.
Meloni Ravettonun tənqidlərini dayandırmağa çalışsa da, onun sərt reaksiyası parlamentdə vəziyyəti daha da gərginləşdirib.