Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa öyrəşir.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı nailiyyətlərin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın roluna toxunub.
Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin edilməsinin regionun inkişafına mühüm töhfə verəcəyini vurğulayaraq, TRIPP və digər bağlantı layihələrinin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.
Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu deyib.