Prezident: "Münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq" - YENİLƏNİB
18:55 14.03.2021
Gündəm
552
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin təkbətək görüşü oldu.
Sonra görüş geniş tərkibdə davam etdirildi.
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Xoş gəlmisiniz, xanım nazir. Sizi görməyə çox şadam. Bizim təkbətək danışmaq imkanımız oldu, indi isə nümayəndə heyətlərinin iştirakı ilə görüşürük. Sizin səfərinizə böyük əhəmiyyət veririk. ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür.
Bizə gəlincə, biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki, işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik. Bilirəm ki, bu günlərdə çox məşğulsunuz, çox ölkəyə səfər edirsiniz. Mən sizi Azərbaycanda görməyə çox şadam. Ümidvaram ki, ölkəmizə səfəriniz çox məhsuldar olacaq. Bir daha xoş gəlmisiniz.
ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde dedi:
- Çox sağ olun. Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bakıya belə uzun müddətdən sonra qayıtmaq sevindirici haldır. Təəssüf edirəm ki, payızda gələ bilməmişəm. Çünki hökumətimiz həmin vaxt uçuşların həyata keçirilməsinin təhlükəli olduğunu hesab etmişdir və bu səbəbdən mən gələ bilməmişdim. Lakin indi mən buradayam. Bildiyiniz kimi, ATƏT-in sədri olaraq bizim əsas prioritetimiz Avropada təhlükəsizlik sistemini müdafiə etməkdir və təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır. Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya