Prezidentin köməkçisi Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLAYIB
Yusif Nəzərli
17:16 01.02.2022
Gündəm
324
Hərbi işğal faktı sona çatıb və Azərbaycan güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə dair yanlış nümunəyə son verib.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.
O bildirib ki, Azərbaycan sülh gündəliyini izləyir və bu gündəlik qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılması mesajıdır.
H. Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərir və regionun parçalanmadan inteqrasiyaya, qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməsinə çalışır.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır:
“Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Regionun yeni brendinq strategiyasına ehtiyacı var. Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazırdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük”.
Prezidentin köməkçisi onu da qeyd edib ki, regionda açılacaq yeni dəhlizlər, xüsusilə də Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxara və geniş quru əlaqələri olan ölkəyə çevrilə bilər: “Bizim Mərkəzi Asiyadan olan tərəfdaşlarımız da Zəngəzur dəhlizindən faydalana bilərlər. Amma Zəngəzur dəhlizi bizim qonşu Gürcüstanla regionda yaratdığımız digər potensial dəhlizləri istisna etmir”.
H. Hacıyev əlavə edib ki, Ermənistan regional əməkdaşlığın rol modeli olan və hörmətə əsaslanan qarşılıqlı faydalı Gürcüstan-Azərbaycan əməkdaşlığından öyrənə və bu əməkdaşlıq əlaqələrinə qoşularaq fayda əldə edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil