Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı
Yusif Nəzərli
21:42 15.07.2025
Gündəm
275
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət telekanalı "ERT"ə müsahibə verib.
Axar.az xəbər verir ki, E.Əmirbəyov müsahibədə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycan həqiqətlərini Yunanıstan ictimaiyyətinin diqqətinə çatdırıb. O, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 33 illiyinə istinad edərək, son dövrlərdə siyasi və iqtisadi sahələrdə müşahidə olunan müsbət təmayülü qeyd edib, münasibətlərin qarşılıqlı hörmətə, ortaq maraqlara və iqtisadi potensiala əsaslanaraq uğurla inkişaf etdiyini bildirib. O həmçinin Azərbaycan-Yunanıstan əlaqələrin müxtəlif sahələrdə daha da dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ikitərəfli siyasi dialoqun son vaxtlar möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Yunanıstanın Baş naziri cənab Kiriakos Mitsotakis arasında formalaşmış səmimi və etibarlı münasibətlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, onların arasında keçən ilin noyabr ayında COP29 konfransı zamanı Bakıda keçirilmiş görüş zamanı baş tutmuş səmərəli və konstruktiv fikir mübadiləsinin önəmini xüsusi vurğulayıb.
E.Əmirbəyov Azərbaycan ilə Yunanıstan arasında enerji sahəsində əməkdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını bildirərək, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya, o cümlədən Yunanıstana çatdırılmasının önəmini qeyd edib. Eyni zamanda, o, Azərbaycanın yaşıl enerjiyə keçid siyasəti çərçivəsində Yunanıstan ilə bərpa olunan enerji - o cümlədən hidrogen, günəş və külək enerjisi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Ticarət, nəqliyyat, kənd təsərrüfatı, yüksək texnologiyalar, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına da toxunan Azərbaycan rəsmisi, 2024-cü ildə Bakıda keçirilmiş Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələri, eləcə də daha sonra baş tutmuş birgə hökumətlərarası komissiyanın iclasını və həmin iclasda qəbul edilmiş fəaliyyət planını qeyd edərək, bu sənədin Azərbaycan-Yunanıstan iqtisadi əlaqələrinin daha da dərinləşdirilməsi üçün konkret addımları nəzərdə tutan yol xəritəsi funksiyasını yerinə yetirdiyini vurğulayıb.
Ermənistanla sülh prosesi barədə də danışan Elçin Əmirbəyov sülh sazişi mətninin 2025-ci ilin mart ayında artıq razılaşdırıldığını və tərəflərin onun imzalanmasına çox yaxın olduqlarını qeyd edib. O, sazişin imzalanmasına mane olan amillərdən bəhs edərək, Ermənistan konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddialarının qalmasını sülh sazişinin məzmununa və ruhuna zidd olan əsas maneələrdən biri kimi göstərib. Bundan əlavə, o, Minsk Qrupu və ATƏT-in digər əhəmiyyətini itirmiş təsisatlarının ləğv edilməsinin zəruri olduğunu bildirib. E. Əmirbəyov hər iki məsələnin tez ya da gec mütləq öz müsbət həllini tapacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm