Priqojinlə vida mərasimi qapalı formatda olub

Təyyarə qəzasında ölən "Vaqner" Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinlə vida mərasimi qapalı formatda baş tutub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Priqojinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Priqojinlə vidalaşmaq istəyənlər Sankt-Peterburqdakı Poroxovskoye qəbiristanlığını ziyarət edə bilərlər.