Rusiya Prezidenti Vladimir Putin bildirib ki, beynəlxalq müstəvidə yaranan bütün problemlər danışıqlar yolu ilə həll olunmalı, Rusiyaya qarşı ultimatum dili işlədilməməlidir.
Sherg.az xəbər verir ki, Putin bu fikirləri iyunun 12-də xüsusi hərbi əməliyyat iştirakçıları ilə görüş zamanı səsləndirib.
Rusiya lideri vurğulayıb ki, dövlətlər arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün əsas vasitə dialoq və qarşılıqlı müzakirələrdir.
“Bütün məsələlər danışıqlar yolu ilə həll edilməlidir. Rusiyaya qarşı ultimatumlar isə qəbuledilməzdir”, - deyə Putin bildirib.
Prezidentin sözlərinə görə, mürəkkəb geosiyasi şəraitdə tərəflər problemlərin həlli üçün qarşılıqlı hörmət və dialoq prinsipinə üstünlük verməlidirlər.